CAVOK

Görünüş optimal olduqda və pilotlar üçün nəzərəçarpan problem yaratmadıqda aeronavtik hava məlumatlarında rast gəlinən termin. Ceiling And Visibility OK ifadəsinin abreviaturasıdır. Eyni zamanda yuxarıda qeyd olunan görünüş 10 km-ə bərabər və ya ondan çox olduqda, 1500 m-dən aşağıda və ya istinad hündürlüyündə (hər hava limanı və ya aerodrom üçün fərqli) bulud olmadıqda, həmçinin kumulonimbus, qüllə kumulusları (şaquli inkişaf etmiş kumulus) və ya əhəmiyyətli hava hadisələri müşahidə olunmadıqda və proqnozlaşdırılmadıqda, kodlaşdırılmış dildə həmin dəyişənə aid qrupların yerini tutur. Adətən böyük hərflərlə (CAVOK) yazılır.